Qətər və Misir HƏMAS-ı YOLA GƏTİRDİ: Girovlar azad ediləcək

Qətər və Misir HƏMAS-ı YOLA GƏTİRDİ: Girovlar azad ediləcək

Hazırda oxunan: Qətər və Misir HƏMAS-ı YOLA GƏTİRDİ: Girovlar azad ediləcək

166115

HƏMAS qruplaşması Qətər və Misir hökumətlərinin təkidi ilə 39 fələstinli məhbusun əvəzində 13 israilli məhbusun azad edilməsinə razılıq verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Majed Al-Ansari məlumat verib.

O, bildirib ki, İsrail və HƏMAS arasında danışıqlarda maneələr Qətər və Misirin vasitəçiliyi ilə aradan qaldırılıb.

Qeyd edək ki, noyabrın 24-də Qəzza zolağında humanitar atəşkəs elan edilib. İsrail və HƏMAS arasındakı razılaşmaya görə, sonuncu 150 fələstinli məhbusun əvəzində 50 nəfəri azad etməyi öhdəsinə götürüb.

Lakin üç saat əvvəl HƏMAS bu gün baş tutmalı olan ikinci qrup israilli məhbusların azad edilməsini təxirə salmaq qərarını açıqlayıb və bunu Qəzzaya gün ərzində kifayət qədər humanitar yardımın çatdırılmaması ilə əlaqələndirib.
İsrail tərəfi isə buna cavab olaraq HƏMAS-a bu gecə saat 12-dək vaxt verərək, əks halda Qəzzada quru əməliyyatlarına yenidən başlanacağını bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO