ABŞ-dan Talibana TAPŞIRIQ – Əfqanıstan yeni savaşa SÜRÜKLƏNİR 

ABŞ-dan Talibana TAPŞIRIQ – Əfqanıstan yeni savaşa SÜRÜKLƏNİR 

Hazırda oxunan: ABŞ-dan Talibana TAPŞIRIQ – Əfqanıstan yeni savaşa SÜRÜKLƏNİR 

166068

Deyəsən, yenidən Əfqanıstan ciddi daxili qarşıdurmalara meydan olacaq. Belə ki, noyabrın 23-də Əfqanıstan Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsudun iştirakı ilə “Əfqanıstan keçmişlə gələcək arasında” Rusiyanın patronajlığı ilə keçirilən konfrans taliban hökumətinin kəskin narazılığına səbəb olub. 

Bu fonda da Talibanın sözçüsü Zabihullah Mücahid Rusiyaya etiraz edib.

Taliban əleyhinə olan görüşə cavab olaraq, Zabihullah Mücahid bildirib ki, "bu konfransın regional və qonşu ölkələr tərəfindən keçirilməsi əfqanlar arasında parçalanma yaratmaq kimi qiymətləndirilir".

O, daha sonra bəyan edib ki, bəzi ölkələr hərbi əməliyyatları canlandırmaq istəyir və Rusiya digər ölkələrin işlərinə qarışmamalıdır.

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, ABŞ Əfqanıstanda mövqelərini itirməyə başlayıb ki, Rusiya da yaranmış vəziyyətdən istifadə etməyə çalışır:  

"Bu fonda Əfqanıstan yenidən kənar qüvvələrin də qarışdığı daxili qarşıdurma meydanına çevriləcək. ABŞ Əfqanıstandan çıxanda 85 milyardlıq silahı Talibana onunla İran və Rusiya arasında qarşıdurma yaratmaq üçün vermişdi. Amma Taliban İranla sərhəddə hücum əməliyyatı keçirsə də heç nə edə bilmədi. Vəziristan dövləti yarada bilmədilər. 

Taliban əslində Yaxın və Orta Şərqdə öz mövqeyini saxlamaq üçün ABŞ-ın yaratdığı və perspektivi olmayan siyasi layihədir. ABŞ-ın burada öz marağı var və onların Əfqanıstana, onun düşdüyü vəziyyətə zərrə qədər də olsa yazıqları gəlmir. 
Talibanın Əfqanıstanla bağlı keçirilən tədbirə etirazı təbii ki, Amerikadan alınan tapşırıqla bağlıdır. Belə vəziyyətdə Rusiyanın atdığı addımlar da başa düşüləndir. Çin də ona kömək edir. 
ABŞ dünyadakı mövqeyini tədricən itirmək üzrədir. Amerika iqtisadi tənəzzülə gedir, eyni zamanda hərbi təcavüzə meyl edir. Ona görə də ABŞ Əfqanıstanda mövqelərini verməyə başlayıb ki, Rusiya da bundan istifadə etməyə çalışır”.

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO