Beyrut dəniz limanını Almaniya bərpa edəcək – ANCAQ BİR ŞƏRTİ VAR

Beyrut dəniz limanını Almaniya bərpa edəcək – ANCAQ BİR ŞƏRTİ VAR

Hazırda oxunan: Beyrut dəniz limanını Almaniya bərpa edəcək – ANCAQ BİR ŞƏRTİ VAR

16597

Almaniya aprelin 7-də Livan səlahiyyətlilərinə partlayışdan sonra Beyrut dəniz limanının və ətraf ərazilərin yenidən qurulması planını təqdim etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı cümə axşamı Reuters diplomatik mənbələrə istinadən yayıb.

Mənbə yazır ki, gələn həftə Berlin yalnız limanın özünün yenidən qurulmasını deyil, həm də yaxınlığında 100 hektardan çox ərazinin bərpasını təmin edən bir təklif təqdim edəcək. 

Bundan əlavə, sənəddə Avropa İnvestisiya Bankının (AİB) ərazilərin təmizlənməsi və obyektlərin yenidən qurulmasının maliyyələşdirilməsinə kömək üçün razılığı var. 

Eyni zamanda, AİB tərəfindən ayrılan vəsaitin həcmi, mənbələrdən birinə görə 2 milyard avrodan 3 milyard avroya qədərdir.

Ancaq mənbələrə görə, Beynəlxalq Valyuta Fondu da daxil olmaqla beynəlxalq donorlardan Livana iqtisadi dəstək vermək üçün bir şərt ölkənin yeni hökumətinin tərkibi barədə razılığa gəlməkdir. Eyni zamanda, Reuters agentliyinə görə, bir Livan rəsmisi Fransanın da yenidənqurma layihəsində maraqlı olduğunu söyləyib. 

"Bu plan heç bir şərt olmadan həyata keçirilməyəcək". Mənbə belə deyib.

"Almaniya və Fransa əvvəlcə islahatlara sadiq bir hökumət görmək istəyirlər. Başqa yol yoxdur və bu, Livan üçün önəmlidir", deyə o, əlavə edib.

Üstəlik, Almaniya Livanın yenidən qurulmasında Fransa ilə yaxından əməkdaşlıq etmək istərdi, lakin bu günə qədər Paris öz təşəbbüslərini həyata keçirir. Bununla birlikdə, nə Almaniyanın Xarici İşlər Nazirliyi, nə  “Roland Berger” konsaltinq şirkəti, nə də AİB mövzu ilə bağlı şərh verib.

Livandakı kəskin iqtisadi və maliyyə böhranı keçən il partlayışdan sonra Həsən Diabın rəhbərlik etdiyi kabinetin istefasından sonra daha da kəskinləşib.

Prezident Aun və Baş nazir təyin olunan sünni siyasətçi Saad Hariri 9 dekabrdan etibarən gələcək kabinetdə nazir postlarının xristian və müsəlman icmalarından olan namizədlər arasında bölüşdürülməsi barədə razılığa gələ bilməyiblər. 

Livan iqtisadiyyatını sabitləşdirmək və böyük infrastruktur layihələrini həyata keçirmək üçün Beynəlxalq Valyuta Fondunun 11 milyard dollar məbləğində kredit ayrımaqda şərti budur ki, etibar etdiyi 18 texnokrat kabinetin üzvü olsun.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO