Qəzzadan daha bir qrup xəstə Türkiyəyə gətirilib

Qəzzadan daha bir qrup xəstə Türkiyəyə gətirilib

Hazırda oxunan: Qəzzadan daha bir qrup xəstə Türkiyəyə gətirilib

165817

Qəzzadan yaralı və xəstələrin müalicə üçün Türkiyəyə gətirilməsi davam edir.

Bizim.Media ölkə KİV-ə istinadən xəbər verir ki, bu gün həyata keçirilən növbəti təxliyə ilə üç yaralı uşaq Türkiyəyə gətirilib.

Onları gətirən Türkiyə Səhiyyə Nazirliyinə məxsus s təyyarə Ankaranın Esenboğa hava limanına enib. Səhiyyə naziri Fahrettin Kocanın qarşıladığı uşaqlar ambulanslarla xəstəxanaya göndərilib.
Aeroportda medianın suallarını cavablandıran nazir Qəzzadan növbəti təxliyədə xüsusilə uşaq və gənclərə üstünlük verilməsi barədə danışıqların aparıldığını deyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO