Zelenski: “Donbas və Krımı Rusiyaya versək, müharibə başa çatacaq”

Zelenski: “Donbas və Krımı Rusiyaya versək, müharibə başa çatacaq”

Hazırda oxunan: Zelenski: “Donbas və Krımı Rusiyaya versək, müharibə başa çatacaq”

165550

“Donbas və Krımı Rusiyaya versək, müharibə başa çata bilər”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News” kanalına müsahibəsində deyib.

O bildirib ki, rəsmi Kiyev buna razılaşmayacaq.

V.Zelenski həmçinin vurğulayıb ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampla sülh planını müzakirə etməyə hazırdır: “Əlbəttə, onun heç də bütün təklifləri ilə razılaşmayacağıq. Amma Trampı dinləməyə hazıram. Təbii ki, onun aydın sülh planı varsa, mənimlə bölüşə bilər”.

Qeyd edək ki, D.Tramp müharibəni 24 saat ərzində bitirə biləcəyi barədə dəfələrlə açıqlama verib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO