Ərdoğan: “Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması artıq qaçılmazdır”

Ərdoğan: “Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması artıq qaçılmazdır”

Hazırda oxunan: Ərdoğan: “Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması artıq qaçılmazdır”

165482

“1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması artıq qaçılmazdır. Bununla bağlı əlimizdən gələni edəcəyik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə səfəri çərçivəsində həmkarı Abdülməcid Təbbunla görüşündən sonra mediaya açıqlamasında deyib. 

Ərdoğan qeyd edib ki, Fələstin məsələsi ədalətli siyasi həll yoluna qovuşmasa regionumuzda daimi sülh və sabitliyin təminatı mümkün deyil:

“Ümid edirik ki, tez bir zamanda girovların mübadiləsi ilə bağlı müsbət nəticəni görəcəyik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO