Fransanın birinci imperatoru Napoleon Bonapartın papağı və digər şəxsi əşyaları hərraca çıxarılıb.
Bizim.Media xəbər verir ki, paytaxt Parisdə Osenat hərrac evində təşkil olunan satışda Bonapartın papağı 1 milyon 900 min avroya satılıb.
Papağı alan şəxsin adı açıqlanmır.
İmperatorun təxminin 120-ə yaxın "bicorn" (ikibuynuzlu) papağının olduğu lakin günümüzə qədər onlardan iyirmisinin gəlib çıxdığı məlum olub. Papağın hərracda ilkin qiyməti 600 min avro olub.
Digər əşyalar arasında Napoleonun 1815-ci ildə Vaterloda məğlubiyyətindən sonra qarət edilmiş gümüş boşqab və içərisində ülgüc, gümüş diş fırçası, qayçı və digər əşyalar olan taxta makiyaj qutusu var idi.
Bizim.Media