Xavyer Miley Argentinanın yeni Prezidenti seçildi

Xavyer Miley Argentinanın yeni Prezidenti seçildi

Hazırda oxunan: Xavyer Miley Argentinanın yeni Prezidenti seçildi

165155

Argentinada keçirilən prezident seçkilərinin qalibi məlum olub.

Bizim.Media xəbər verir ki, sağçı siyasətçi Xavyer Miley Argentinanın prezidenti seçilib.

Onun rəqibi, hakim partiyanın namizədi Serxio Massa Xavyer Mileti təbrik edib.

Yeni prezident növbəti dörd ildə Argentinaya rəhbərlik edəcək.

Argentinada prezident seçkilərinin ikinci turunda səsvermədə ən yüksək dövlət postu uğrunda iki namizəd yarışıb. Əsas mübarizə hakim “Vətən naminə birlik” koalisiyasından namizədliyi irəli sürülmüş iqtisadiyyat naziri Serxio Massa və “Azadlıq gəlir” alyansına daxil olan Libertarian Partiyasının sədri deputat Xavyer Miley arasında gedib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO