Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunan Aman Tuleyev vəfat edib

Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunan Aman Tuleyev vəfat edib

Hazırda oxunan: Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunan Aman Tuleyev vəfat edib

165154

Rusiyanın Kemerovo vilayətinə 20 il rəhbərlik etmiş Aman Tulayev 80 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Tsivilev məlumat verib.

"1997-2018-ci illərdə Kemerovo vilayətinin qubernatoru olmuş, parlaq, qeyri-adi, bütün həyatını Kuzbasa və Rusiyaya xidmətə həsr etmiş Aman Qumiroviç Tuleyev vəfat etdi. Bu, ağır itkidir. O, çətin vaxtlarda vilayətə rəhbərlik edib", deyə o, qeyd edib.

Xatırladaq ki, A.Tuleyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 may 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO