Moldovada yerli seçkilərin ikinci turu başladı

Moldovada yerli seçkilərin ikinci turu başladı

Hazırda oxunan: Moldovada yerli seçkilərin ikinci turu başladı

165038

Moldovada yerli hakimiyyət orqanlarına ümumi seçkilərin ikinci turu başlayıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Mərkəzi Seçki Komissiyası yayıb.

Mənbə qeyd edir ki, noyabrın 5-də keçirilən səsvermə zamanı qalibi müəyyən etmək mümkün olmayan ölkənin 273 yaşayış məntəqəsində yerli vaxtla saat 07:00-da seçki məntəqələri açılıb.

Onların arasında Balti, Edinet, Komrat və Ungheni kimi böyük şəhərlər var.

Yerli qanunlara görə, ikinci turda mer seçkisinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq.

Seçkilərin baş tutmuş hesab edilməsi üçün ayrı-ayrı seçki dairələri üzrə seçicilərin fəallığı seçici siyahılarına daxil edilmişlərin beşdə birindən çox olmalıdır.

Səsverməni 400-ə yaxın xarici müşahidəçi izləyəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO