Facebook platforması Trampın səsinə qadağa qoydu

Facebook platforması Trampın səsinə qadağa qoydu

Hazırda oxunan: Facebook platforması Trampın səsinə qadağa qoydu

16479

Facebook şirkəti ABŞ-ın keçmiş prezidenti Donald Trampın videosunu gəlini Lara Trampın səhifəsindən çıxarıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı verib.

Sosial media nəhəngi yanvar ayında Vaşinqtonun Kapitol binasında Tramp tərəfdarlarının törətdiyi iğtişaşlara görə onun platformasına qadağa qoymuşdu.

“Fox News”un yeni məsləhətçisi Lara Tramp Trampdan  bir sıra mövzularda müsahibə aldığının videosunu paylaşıb.

Daha sonra o, qadağa haqda xəbərdarlıq edən “Facebook”dan aldığı e-poçtun ekran görüntüsünü (skrinşot) “İnstagram”da yayımlayıb:

“Biz bu qadağa ilə Donald Trampın Facebook və İnstagram hesablarına yerləşdirdiyimiz mətnləri siləcəyik və hesabınıza məhdudiyyətlər qoyacağıq”.

Xəyalə Həsənova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO