Fransa Suriya prezidenti Bəşər Əsəd haqda həbs qərarı çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Le Figaro" qəzeti məhkəmə sistemindəki mənbəyə istinadən yayıb.
Mənbə qeyd edir ki, Paris Əsədi insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində şərik olmaqda ittiham edir.
“Çərşənbə axşamı Fransa ədliyyəsi Suriyada 2013-cü ilin yayında həyata keçirilən kimyəvi hücumlarla əlaqədar insanlığa qarşı cinayətlərdə şərik olmaqda ittiham olunan Suriya prezidenti Bəşər Əsədin həbsi haqda beynəlxalq qərar çıxarıb”, - nəşr bildirib.
Mənbəyə görə, 2013-cü ildə Suriyanın Şərqi Quta əyalətində zarin qazından istifadə edilib.
Suriya prezidenti ilə birlikdə Suriya ordusunun elit bölməsi olan Dördüncü Diviziyanın faktiki lideri, Bəşər Əsədin qardaşı Maher, həmçinin iki general da həbs ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:46 / 15.11.2023
Bəşər Əsəd və qardaşı həbs ediləcək - Fransa məhkəməsinin QƏRARI - FOTO
Hazırda oxunan: Bəşər Əsəd və qardaşı həbs ediləcək - Fransa məhkəməsinin QƏRARI - FOTO
Hazırda oxunan: Bəşər Əsəd və qardaşı həbs ediləcək - Fransa məhkəməsinin QƏRARI - FOTO
164512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.