Kiyevdə Beresteyski prospektində rus şairi Aleksandr Puşkinin abidəsi sökülüb.
Bizim.Media xəbər verir ki, bu barədə paytaxt merinin müşaviri Dmitri Belotserkovets məlumat verib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin icazəsindən sonra şəhər rəsmiləri Puşkinin abidəsinin sökülməsi ilə bağlı qərarı təsdiqləyiblər.
Abidə Kiyev Politexnik İnstitutunun parkı ilə üzbəüz Beresteyski prospektindəki parkda yerləşirdi.
Böyük müharibə başlayandan sonra Puşkinin abidəsinə dəfələrlə boya atılmış, postamentinə sökülməsi tələbləri yazılmışdı.
Bizim.Media