31 Mart axşamı İstanbulun Başakşehir məhəlləsində, küçənin ortasında iki silahlı qrup arasında atışma baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Türkiyə mediası yayıb.
Mənbə yazır ki, atışma nəticəsində bir Azərbaycan vətəndaşı da daxil olmaqla 3 nəfər ölüb, 1 suriyalı yaralanıb.
Hadisə yerli vaxtla saat 18.00 radələrində baş verib. Hamısı xarici vətəndaş olan altı kişi arasında əvvəlcə şifahi bir qarşıdurma olub, sonra silahdan istifadə edilib.
İki Çeçen - Rusiya vətəndaşı Z.N. və S.Y. aldığı güllə yarasından hadisə yerində ölüb. Azərbaycan vətəndaşı R.R. yaralanıb və xəstəxanaya aparılıb, ancaq orada ölüb. Suriyalılardan birinin də ağır yaralandığı və reanimasiyada olduğu bildirilir.
Atışmanın bəzi maliyyə problemlərinə görə baş verdiyi, atışmada Suriyalı yaralıların yanında olan bir Gürcüstan vətəndaşı da daxil olmaqla 3 nəfərin qaçdığı məlumdur. Hazırda polis onları axtarır.
Hüquq-mühafizə qüvvələri öldürülən çeçenlərlə eyni qrupda olan və hadisə yerindən qaça bilməyən üç şübhəlini artıq saxlayıb.
Hadisə insanların çox toplandığı yerdə baş verib və bəziləri baş verənləri mobil telefonlarında lentə alıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:02 / 01.04.2021
İstanbulda atışma: Azərbaycan vətəndaşı öldürüldü – VİDEO
Hazırda oxunan: İstanbulda atışma: Azərbaycan vətəndaşı öldürüldü – VİDEO
Hazırda oxunan: İstanbulda atışma: Azərbaycan vətəndaşı öldürüldü – VİDEO
16447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.