İrəvanla Vaşinqton arasında razılaşmalar əldə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
Belə ki, Rusiya Ermənistana təzyiq göstərsə və ya embarqo tətbiq etsə, ABŞ İrəvana güclü dəstək verəcək.
Razılaşmalara əsasən, söhbət aşağıdakı məsələlərdən gedir:
1. Ermənistanın lazımi dizel yanacağı və enerji ehtiyatları ilə təmin edilməsi;
2. Metsamor AES-in alternativ Rusiya nüvə yanacağı ilə təmin edilməsi (hazırda buna Rosatom cavabdehdir);
ABŞ həmçinin AES-in idarə edilməsi və istismarının təmin edilməsi üçün Ermənistana bütün lazımi texniki dəstəyi göstərməyə hazırdır.
3. Rusiyadan buğda və buğda unu idxal edən Ermənistanın müvafiq alternativ təchizatla təmin edilməsi;
Qeyri-qanuni rejimin buğda yetişdirdiyi Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra Ermənistan üçün ərzaq təhlükəsizliyi problemi xüsusilə kəskinləşib.
4. Lazım gələrsə, erməni internet provayderləri Amerika peyk interneti ilə təmin olunacaqlar;
5. ABŞ Ermənistanda mümkün xarici valyuta kəsiri Rusiyanın sərt sanksiya addımları nəticəsində yaranarsa, onu ödəməyə hazırdır;
6. Ermənistan Silahlı Qüvvələri lazımi hərbi texnika, uniforma və silahlarla təmin olunacaq, təhlükəsizlik orqanları, o cümlədən polis lazımi texniki dəstək alacaq.
Qeyd edilib ki, amerikalılar heç vaxt Rusiya bloklarının (KTMT, Aİİ) üzvü olan ölkəyə belə təhlükəsizlik təminatı verməyiblər.
Bizim.Media