Peru Konqresi Azərbaycanın Zəfər Günü ilə əlaqədar bəyanat qəbul etdi

Peru Konqresi Azərbaycanın Zəfər Günü ilə əlaqədar bəyanat qəbul etdi

Hazırda oxunan: Peru Konqresi Azərbaycanın Zəfər Günü ilə əlaqədar bəyanat qəbul etdi

164415

Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin üçüncü ildönümü münasibətilə bəyanat qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın həmin ölkədəki səfirliyindən bildirilib.

Sənəddə 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyi bildirilir və 8 noyabr tarixində “qardaş Azərbaycan xalqı ən şanlı səhifələrindən birinə çevrilmiş, Zəfər Gününün üçüncü ildönümünü böyük iftixar hissi ilə qeyd edir” vurğulanır.

Bəyanatda həmçinin, Azərbaycanın beynəlxalq hüquq və ədaləti, eləcə də bir milyona yaxın məcburi köçkünün öz evlərində yaşamaq hüququnu bərpa etdiyi və hazırda qeyd olunan məqsədə nail olmaq üçün bütün səylərini bölgənin minalardan təmizlənməsinə və yenidənqurulmasına, habelə burada davamlı sülhün bərqərar olmasına yönəltdiyi vurğulanır.
Sonda 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbriklər çatdırılır və şəhid olmuş soydaşlarımızla bağlı başsağlığı ifadə olunur.


 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO