Rusiyaya daha bir zərbə İsveçrədən gəldi

Rusiyaya daha bir zərbə İsveçrədən gəldi

Hazırda oxunan: Rusiyaya daha bir zərbə İsveçrədən gəldi

164302

İsveçrənin SITA mülki aviasiya xidmətləri şirkəti Rusiyadan olan hava nəqliyyatı şirkətlərinə “.aero” domen zonasına girişini əngəlləmək qərarına gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya” mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır ki, noyabrın 10-da SITA Rusiyalı müştərilərinə bu zonada domenlərin qeydiyyatı və yenilənməsi xidmətlərini göstərməyi dayandırıb.

Bununla belə, saytların dərhal bağlanması baş tutmayıb. Belə ki, domenlər təcili olaraq bir il müddətinə uzadılıb. 

Ekspertlər hesab edirlər ki, bu müddət milli zonalara keçmək üçün kifayət etməlidir.

LetSearch.ru xidmətinin məlumatına görə, Rusiyada .aero domen zonasında 200-dən çox sayt qeydiyyatdan keçib. 

Domendən 30-a yaxın hava limanı (Şeremetyevo, Jukovski, Krasnoyarsk və Kazan hava limanları, "Regionların Hava Limanları", "Aerodinamika" və s. holdinqlər), Rusiyanın 15 aviaşirkəti ("Pobeda", "Azimut", "İkar", " Yamal", "Alrosa" və s.), "Rus Helikopterləri" və başqaları istifadə edirlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO