Fransa Kiyevin rədd etdiyi hərbi tullantıları “əldən çıxarmaq” üçün Ermənistana GÖNDƏRDİ

Fransa Kiyevin rədd etdiyi hərbi tullantıları “əldən çıxarmaq” üçün Ermənistana GÖNDƏRDİ

Hazırda oxunan: Fransa Kiyevin rədd etdiyi hərbi tullantıları “əldən çıxarmaq” üçün Ermənistana GÖNDƏRDİ

164239

Ukrayna Fransanın göndərdiyi “Bastion” zirehli maşınlarını təhlükəsizlik baxımından zəif olduğuna görə rədd edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın “Ouest France” nəşri məlumat yayıb. 

Nəşr yazır ki, məhz bu yararsız maşınlar Ermənistana göndərilib: 

“Bu maşınlar əvvəlcə Ukrayna üçün nəzərdə tutulmuşdu, lakin Kiyev onları artilleriya atəşindən və tank əleyhinə raketlərdən qorunmaq üçün zəif hesab edirdi”. 
Xatırladaq ki, İrəvan hərbi texnikanın ilk tədarükünü Fransadan alıb. Ermənistan ordusu üçün zirehli texnikanın ilk belə partiyası artıq Gürcüstan vasitəsilə ölkəyə gətirilir. 

Qeyd edək ki, “Bastion”lar əvvəlcə ölkənin Afrikadakı keçmiş koloniyalarında olan fransız qoşunları üçün nəzərdə tutulub. Hazırda Fransa bu avadanlıqdan qurtulmaq üçün hər cür fürsət axtarır. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO