"Baş nazir məndən onun xarici işlər naziri vəzifəsini icra etməyi istədi və mən məmnuniyyətlə qəbul etdim".
Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri vəzifəsinə yeni təyin olunan, keçmiş Baş nazir Devid Kameron "X" hesabında yazıb.
O, hazırda mövcud olan beynəlxalq problemlərdən söz açıb və bildirib ki, beynəlxalq təhlükəsizliyin təmin edilməsi daxili təhlükəsizlik üçün olduqca vacibdir:
"Biz Ukraynadakı müharibə və Yaxın Şərq böhranı da daxil olmaqla bir sıra qorxulu beynəlxalq problemlərlə qarşı-qarşıyayıq. Dərin qlobal dəyişikliklərin baş verdiyi bir vaxtda müttəfiqlərimizin yanında olmaq, tərəfdaşlığımızı gücləndirmək və səsimizin eşidilməsini təmin etmək ölkəmiz üçün çox nadir hallarda indiki qədər vacib olub. Son yeddi il ərzində siyasətdən kənarda olsam da, ümid edirəm ki, təcrübəm – 11 il Mühafizəkarların lideri və 6 il Baş nazir kimi – mənə Baş nazirin bu həyati vacib çağırışların öhdəsindən gəlməsinə kömək etməyimə imkan verəcək.
Britaniya həqiqətən beynəlxalq ölkədir. İnsanlarımız dünyanın hər yerində yaşayır və müəssisələrimiz dünyanın hər yerində ticarət edir. Qlobal səhnədə sabitliyin və təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün çalışmaq həm vacibdir, həm də milli maraqlarımıza tam uyğundur. Beynəlxalq təhlükəsizlik daxili təhlükəsizliyimiz üçün çox vacibdir.
Mən Baş nazir Rişi Sunaka ölkəmizin ehtiyac duyduğu təhlükəsizlik və rifahı təmin etməsində kömək etmək, Böyük Britaniyaya xidmət etmək və seçkilər keçirilən zaman ölkəyə təqdim oluna biləcək ən güclü komandanın bir hissəsi olmaq istəyirəm", - Devid Kameron yazıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:55 / 13.11.2023
\"Baş nazirin təklifini məmnuniyyətlə qəbul etdim\" - Devid Kameron
Hazırda oxunan: \"Baş nazirin təklifini məmnuniyyətlə qəbul etdim\" - Devid Kameron
Hazırda oxunan: \"Baş nazirin təklifini məmnuniyyətlə qəbul etdim\" - Devid Kameron
164167
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.