Dünyada şəkər qiymətləri daha da arta bilər

Dünyada şəkər qiymətləri daha da arta bilər

Hazırda oxunan: Dünyada şəkər qiymətləri daha da arta bilər

164025

Tayland hökumətinin qəbul etdiyi son qərarlar şəkər ixracını yavaşlatmaq addımı kimi şərh edilir. Taylandın şəkər ixracında mümkün məhdudiyyətlər son 12 ilin ən yüksək səviyyəsinə yaxın olan qlobal şəkər qiymətlərinə daha da yüksəldə bilər. Tayland hökuməti daxili bazarı qorumaq və qaçaqmalçılığın qarşısını almaq üçün şəkərlə bağlı yeni tədbirlər görür.

Bizim.Media "Reuters"a istinadən xəbər verir ki, Braziliyadan sonra dünyanın ən böyük şəkər ixracatçısı olan Tayland keçən həftə şəkəri nəzarət edilən məhsullar kimi təsnif edib. Bir tondan çox şəkər ixracı üçün hökumətin icazəsinin tələb olunduğu ölkədə bəzi treyderlər sözügedən tədbirin tədarükləri yavaşlata biləcəyini söyləyirlər.

Tayland ixracatçıları xəbərdarlıq edir ki, şəkər ticarətinə nəzarət ixrac bazarında inamın itməsinə səbəb ola bilər.

Taylandın şəkər ixracında mümkün gecikmələr və fasilələr son 12 ilin ən yüksək səviyyəsinə yaxın ticarət edilən qlobal şəkər qiymətlərinə əlavə təzyiq yarada bilər.

Quraqlıqdan mənfi təsir görən Taylandda şəkər istehsalında azalma gözlənilir.

Keçən il 7,69 milyon ton şəkər ixrac edən Taylandın bu il 8 milyon ton şəkər istehsal edəcəyini proqnozlaşdırılır (ölkənin rəsmi məlumatıdır - red). Sözügedən istehsalın 2,5 milyon tonunun daxili istehlak üçün, qalan 5,5 milyon tonunun isə ixraca yönəldilməsi nəzərdə tutulur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO