İtaliyanın paytaxtı Romada sirkdən qaçan şir küçələrdə dolaşıb.
Bizim.Media xəbər verir ki, şirin gecə saatlarında Ladispoli qəsəbəsində küçələrdə gəzdiyini görənlər gözlərinə inanmayıblar. Qəsəbə sakinləri qorxu və təəccüblə mobil telefonlarla həmin anların videosunu çəkiblər. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif videolar paylaşılıb.
Ladispoli meri Alessandro Qrando bölgə sakinlərinə evdə qalmaları barədə xəbərdarlıq edib.
Bölgəyə gələn baytar qrupları və hüquq-mühafizə orqanlarının əməkdaşları uzun sürən təqibdən sonra şiri tutublar. Şirin qəsəbədən 500 metr uzaqlıqda Cerreto bölgəsindəki Viale Mediterraneoda keçirilən sirkdən qaçdığı məlum olub.
Bizim.Media