İsrailin xarici işlər naziri Eli Koen Fransa Prezidenti Emmanuel Makronun Qəzzada atəşkəslə bağlı çağırışına cavab verib.
Bizim.Media xəbər verir ki, nazir “X” hesabında yazıb ki, bütün baş verənlərə, o cümlədən qırğına və Qəzza sakinlərinin iztirablarına görə məsuliyyəti HƏMAS və İŞİD daşıyır.
MÖVZU İLƏ BAĞLI:
Makron İsrail-HƏMAS münaqişəsi ilə bağlı ATƏŞKƏS çağırışı etdi
“HƏMAS və İŞİD Fələstinin ən böyük düşmənidir”, - E.Koen bildirib.
Nazir vurğulayıb ki, İsrail beynəlxalq hüquqa uyğun fəaliyyət göstərir:
“Biz HƏMAS-la İŞİD-i məhv edənə və girovlarımızı geri qaytarana qədər işimizi davam etdirəcəyik”.
Qeyd edək ki, daha əvvəl E.Makron İsraili atəşkəsə çağırmışdı.
Xatırladaq ki, bu il oktyabrın 7-də İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS məhv edilənə qədər savaşın davam edəcəyini söyləyib.
Bizim.Media