Kanada Rusiya mətbuatına sanksiya tətbiq etdi

Kanada Rusiya mətbuatına sanksiya tətbiq etdi

Hazırda oxunan: Kanada Rusiya mətbuatına sanksiya tətbiq etdi

163830

Kanada Rusiyadan olan doqquz fiziki və dörd hüquqi şəxsə sanksiya tətbiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sanksiya tətbiq edilənlər arasında REN TV, "İzvestiya" və "Parlament qəzeti" kimi mətbuat orqanları var.

Müğənni Jasmin (əsl adı Sara Şor) də məhdudiyyətlərə məruz qalıb. "Qara siyahı"ya daxil edilənlər arasında, həmçinin aşağıdakılar var:

Rusiyanın keçmiş xarici işlər naziri İqor İvanov;

Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru İvan Timofeyev;

Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun elmi direktoru Aleksandr Çubaryan;

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Dövlət İdarəçilik fakültəsinin Siyasi təhlil kafedrasının dosenti Aleksandr Konkov;

Rusiya müdafiə nazirinin müşaviri Andrey İlnitski;

politoloq Dmitri Suslov;

politoloq Andrey Suşentsov;

Valday Klubunun proqram direktoru Oleq Barabanov;

Sosial Mühafizəkar Siyasət Mərkəzi;

REA Dövlət və Hüquq İnstitutu;

"Russia Beyond" multimedia layihəsi (ANO TV-Novosti-yə məxsusdur).

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO