İspanların türk sevgisi haradan QAYNAQLANIR? – MARAQLI FAKTLAR  

İspanların türk sevgisi haradan QAYNAQLANIR? – MARAQLI FAKTLAR  

Hazırda oxunan: İspanların türk sevgisi haradan QAYNAQLANIR? – MARAQLI FAKTLAR  

163734

Bu gün türk dünyasının böyük oğlu, Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün anım günüdür. Onun vəfat etməsindən 85 il ötür. Atatürk 1938-ci il 10 noyabrda, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini bu həyata əbədi yumub.  

Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya muzeyindən Anıtkabirə köçürülüb.

O gündən bu günə bu ünvan bütün türklər üçün müqəddəs bir məkana çevrilib.  
Nəzərə alaq ki, Atatürkün xatirə günü təkcə Türkiyədə və türk dünyasında deyil, dünyanın müxtəlif ölkələrində təntənə ilə qeyd edilir. Bəzi əcnəbi ölkələrdə anım mərasimi qəribə şəkildə qeyd edilir.  

Məsələn, İspaniyanın məşhur futbol komandası olan “Deportivo” komandasının azarkeşləri hər il noyabrın 10-da Mustafa Kamal Atatürkün xatirəsini anmaq üçün maraqlı fotolor paylaşır, eyni zamanda komandanın əsas meydançasında Türkiyə bayrağı və türk liderinin portreti ucaldılır. 

Bəs, İspaniyanın məşhur klubunun azarkeşlərinin Atatürk və Türkiyə sevgisi hardan qaynaqlanır? 

Əvvala onu deyək ki, bu sevginin tarixi çox uzaqlara gedir. Belə ki, XVI  əsrin əvvəllərində Osmanlı İmperiyası dövrün ən güclü dövləti idi və dənizlərdə portuqallarla rəqabət aparırdı.

Barbaros Hayrettin Paşanın komandanlığında olan Osmanlı donanması İspaniyanın Qalisiya bölgəsində hər dəfə portuqallarla qarşılaşırdı.  

Portuqallar Korunyadakı insanları vergiyə cəlb edir, cinsi zorakılığa məruz qoyurdular. Barbaros Hayrettin Paşa isə bölgə xalqına nəinki ziyan vurmur, hətta onları portuqalların zülmündən də xilas edirdi. Bölgədə Hayrettin Paşa və onun donanması üçün bir qala ayrılmışdı ki, onlar bu şəhərə gələndə qala bilsinlər.  
Digər tərəfdən Viqo şəhərinin sakinləri isə portuqallara kömək edirdi. Lakin işlər onların gözlədikləri kimi getmir. Portuqallar uzun müddət həmin bölgəni nəzarətdə saxlayır və bu vəziyyət İspaniya kralı V Karlı sözügedən problemlə məşğul olmağa vadar edir. Yerli xalqla türklər arasında 16-cı əsrdə başlayan dostluq bu gün də eyni şəkildə davam edir.  

Tarixi borc futbol meydançasında necə əks olunur? 

"Deportivo” azarkeşləri də "Selta”ya könül verən həmkarlarına "əsl satqın sizlərsiniz” mənasında "portuqaliyalı” deyirlər. 

"Deportivo”nun bütün  ev oyunlarında Türkiyə bayrağını görmək mümkündür. Bu bayrağı açan azarkeşlərin ləqəbi isə "Los Turcos”dur.  

Nəzərə alaq ki, "Deportivo” 1906-cı ildə yaradılıb. 1993/94 mövsümünü 56 xalla başa vurmasına baxmayaraq, komanda çempionluğu "Barselona”ya uduzur. 1999/2000 mövsümündə isə 69 xalla La Liqa çempionu adını qazanıb. 

Roy Makaay, Viktor Sançes, Romero və Flavio Konseysao kimi futbolçuların yer aldığı heyətlə bu çempionluğa əldə edən "Deportivo”nun əzəli rəqibi "Selta” isə eyni mövsümdə liqanı 7-ci pillədə başa vurub.  

Bu komandalar İspaniyanın Qalisiya bölgəsindəki iki qonşu şəhərin təmsilçiləridir. Aradakı prinsipial rəqabətə görə "Selta” fanatları "Deportivo” azarkeşlərini "təhqir etmək” üçün onlara "Los Turcos” ləqəbi verir. Amma "Deportivo”nun azarkeşləri bu ləqəbi çox bəyənir və rəsmi olaraq "Los Turcos” adı altında fəaliyyət göstərməyə başlayırlar. Beləcə, "Türk kimi güclü” şüarı ərsəyə gəlir. 
"Deportivo” azarkeşləri Türkiyə ilə zaman-zaman gərginlik yaşayan ölkələrin futbol klubları, xüsusilə də Yunanıstan təmsilçiləri ilə qarşılaşarkən meydanlarında həmişə Türkiyə bayrağını dalğalandırırlar. Bundan başqa, çempionat matçları zamanı tribunalarda həmişə Türkiyə bayrağı asılır. Həmçinin onlar hər il noyabrın 10-da Mustafa Kamal Atatürkün xatirəsini anmaq üçün fotolar paylaşırlar. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO