Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov Rusiyanın Ukrayna ilə danışıqlara hazır olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “SHOT” kanalına açıqlamasında məlumat verib.
"Rusiya Ukrayna ilə danışıqlara hazırdır, lakin son aylarda Ukrayna tərəfindən Rusiya Federasiyası ilə yeni təmaslar barədə heç bir eyham belə olmayıb", - Uşakov vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu da lazımi şərait yaradılarsa, Ukrayna ilə bağlı danışıqlara hazır olduqlarını bəyan etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:04 / 10.11.2023
Putinin köməkçisindən ÇAĞIRIŞ – “Ukrayna ilə danışıqlara hazırıq”
Hazırda oxunan: Putinin köməkçisindən ÇAĞIRIŞ – “Ukrayna ilə danışıqlara hazırıq”
Hazırda oxunan: Putinin köməkçisindən ÇAĞIRIŞ – “Ukrayna ilə danışıqlara hazırıq”
163711
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.