Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin enerji sisteminə göstərdiyi köməyə görə Azərbaycana növbəti dəfə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə ənənəvi axşam videomüraciətində danışıb.
“Bu gün Azərbaycana təşəkkür etmək istəyirəm. Qış mövsümündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə razılığa gəldiyimiz kimi, enerjimizə də müvafiq yardım edilir. Aydındır ki, ötən il olduğu kimi bu qış da çətinliklərimiz gözlənilir. Amma biz hazırlaşırıq. Ukraynanın, insanlarımızın, enerjimizin dəstəyi çox vacibdir", - deyə Zelenski qeyd edib.
Bizim.Media