ABŞ-ın Nyu-York şəhərində BMT-nin mənzil-qərargahının qarşısında bilbordda 8 Noyabr - Azərbaycanın Zəfər Gününə həsr olunmuş lövhələr nümayiş etdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin rəsmi “X” hesabında məlumat verilib.
Qeyd edilib ki, LED lövhələrdə ingilis dilində “8 Noyabr – Azərbaycanın Zəfər Günü” sözləri və Qarabağın rəmzi xarıbülbül həkk olunub.
Bizim.Media