Ərdoğan sabah Daşkəndə gedəcək

Ərdoğan sabah Daşkəndə gedəcək

Hazırda oxunan: Ərdoğan sabah Daşkəndə gedəcək

163316

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etmək üçün sabah Özbəkistanın paytaxtı Daşkəndə rəsmi səfər edəcək.

Bizim.Media TurkicWorld-ə istinadən xəbər verir ki, sammitdə iqtisadi əlaqələrlə yanaşı, İsrailin hücumlarının dayandırılması və Fələstinə humanitar yardımın ən qısa zamanda çatdırılması məsələləri də müzakirə olunacaq.

Məlumata əsasən, üzv ölkələr arasında ticarət həcmini 100 milyard dollara çatdırmaq üçün atılacaq addımlar müəyyən ediləcək.

Bundan əlavə, sammit çərçivəsində nəqliyyat infrastrukturunun inkişafı və Müasir İpək Yolunun canlandırılması istiqamətində əməkdaşlıqlar, Xəzər Şərq-Qərb Mərkəzi Dəhliz Təşəbbüsü, Bakı-Tbilisi-Qars dəmir yolu xəttində son inkişaflar müzakirə olunacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO