Zərərçəkmiş sakinlərin və xarici pasport sahiblərinin Qəzza zolağından “Rəfah” keçid məntəqəsi vasitəsilə Misirə təxliyəsi noyabrın 4-dən dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu məlumatı “Reuters” agentliyinə Misir təhlükəsizlik xidmətindəki mənbələr və misirli həkimlər təsdiqləyiblər.
Qeyd olunub ki, buna səbəb İsrailin Qəzzada təcili yardım avtomobilinə atəş açması olub.
İsrail ordusu isə bildirib ki, təcili yardım maşını Fələstinin HƏMAS hərəkatının tərəfdarları tərəfindən istifadə edilirmiş.
Bundan əvvəl Polşa Xarici İşlər Nazirliyi İsrail və Misirdən əcnəbilərin Qəzza zolağından təxliyəsinin müvəqqəti dayandırılması barədə məlumat aldığını bildirmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:51 / 05.11.2023
Qəzzada “Rəfah” keçid məntəqəsi bağlandı
Hazırda oxunan: Qəzzada “Rəfah” keçid məntəqəsi bağlandı
Hazırda oxunan: Qəzzada “Rəfah” keçid məntəqəsi bağlandı
163009
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.