Hamburq aeroportunda silahlı şəxs 4 yaşlı qızını girov götürüb

Hamburq aeroportunda silahlı şəxs 4 yaşlı qızını girov götürüb

Hazırda oxunan: Hamburq aeroportunda silahlı şəxs 4 yaşlı qızını girov götürüb

162983

Almaniyanın Hamburq hava limanı naməlum silahlı şəxsin hücumuna görə bağlanıb.

Bizim.Media xəbər verir ki, o, avtomobillə təhlükəsizlik səddini aşaraq platformaya çıxıb.

Daha sonra iki dəfə havaya atəş açıb və avtomobildən iki molotov kokteyli atıb. Yanğınsöndürənlər yaxınlıqda alışan təyyarəni söndürüblər.

Aeroportda uçuşlar dayandırılıb, hadisə yerinə Hamburq hüquq-mühafizə orqanlarının qüvvələri cəlb olunub, dörd yaşlı qızını girov saxlayan şəxslə əlaqə yaradılıb və hazırda danışıqlar davam edir.
Hadisənin qəyyumluqla bağlı olduğunu ehtimal edir. Belə ki, onun həyat yoldaşı atanın uşağı qəyyumluq mübahisəsindən sonra qaçırdığını iddia edib. Kişinin tələblərindən biri də Türkiyəyə uçuşun təmin edilməsidir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO