İsrail əsgərləri Qəzza zolağının şimalında döyüş tapşırıqlarını yerinə yetirərkən Fələstinin radikal HƏMAS qruplaşmasının tunellərinə daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"HƏMAS Qəzzanın cənubundakı mülki şəxslərin təhlükəsiz yerə köçməsinə mane olduğu bir vaxtda tunellərdən ibarət mürəkkəb şəbəkədə gizlənir", - deyə qeyd olunub.
İsrail mətbuatının məlumatına görə, tunelləri məhv etmək üçün genişmiqyaslı əməliyyat başlayıb və artıq onların yüzdən çoxu partladılıb.
Bizim.Media