KİV: ABŞ Ukraynaya gizli şəkildə zirehli minatəmizləmə maşını tədarük edib - FOTO 

KİV: ABŞ Ukraynaya gizli şəkildə zirehli minatəmizləmə maşını tədarük edib - FOTO 

Hazırda oxunan: KİV: ABŞ Ukraynaya gizli şəkildə zirehli minatəmizləmə maşını tədarük edib - FOTO 

162925

ABŞ gizli şəkildə ən azı bir ədəd “M1150 Assault Breacher” zirehli minatəmizləmə maşınını Rusiyanın müdafiəsini yarmaq üçün Ukraynaya təhvil verib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” jurnalında iddia edilib. 

Jurnal ötən gün Ukraynanın Raket Qoşunları və Artilleriya Günü şərəfinə çəkilmiş fotoşəkillərə diqqət çəkib. Şəkillərdən birində 55 ton ağırlığında, dəyəri 4 milyon dollar olan Amerika zirehli maşını göstərilir.

Ümumilikdə, nəşrə görə, amerikalılar M1150 Assault Breacher-in ən az 6 ədədini Ukraynaya tədarük edib. 
Qeyd edək ki, sözü gedən texnika mina sahələrini təmizləyə və məhv edə bilir, həmçinin onlardan keçidlər yarada bilir. Avtomobilin ekipajı bu vəzifələri zirehli maşından çıxmadan yerinə yetirə bilir. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO