İsrail ordusu Qəzzada HƏMAS-ın 10 yüksək rütbəli komandirini ÖLDÜRÜB 

İsrail ordusu Qəzzada HƏMAS-ın 10 yüksək rütbəli komandirini ÖLDÜRÜB 

Hazırda oxunan: İsrail ordusu Qəzzada HƏMAS-ın 10 yüksək rütbəli komandirini ÖLDÜRÜB 

162842

Qəzza zolağında əməliyyat başlayandan bəri İsrail hərbçiləri Fələstinin HƏMAS radikal təşkilatının silahlı qüvvələrinin 10 yüksək rütbəli komandirini öldürüb. 

Bizim.Media “Times of İsrael” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Xaqari məlumat verib. 

“Biz HƏMAS-ın səhra komandirlərini yerin üstündə və altında təqib edir, məhv edirik. Döyüş əməliyyatları başlayandan biz Baş Təhlükəsizlik Xidməti ilə birlikdə rütbəsi briqada komandirinə uyğun olan HƏMAS-ın 10 terrorçusunu məhv etmişik. Bunlar qüvvələrimizə qarşı komandanlıq edən döyüş liderləridir”, - deyə o, brifinqində deyib. 
Xaqarinin sözlərinə görə, öldürülmüş komandirlər oktyabrın 7-də İsrail ərazisinə hücumun planlaşdırılmasında iştirak ediblər və bu planları öz bölmələri ilə birlikdə həyata keçiriblər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO