Qəzadan sonra ilk gəmilər Süveyş kanalını keçdi

Qəzadan sonra ilk gəmilər Süveyş kanalını keçdi

Hazırda oxunan: Qəzadan sonra ilk gəmilər Süveyş kanalını keçdi

16284

Naviqasıyanın bərpa edilməsindən sonra ilk gəmilər Süveyş kanalını uğurla keçib.

Bizim.Media xarici KİV-lərə istinadla xəbər verir ki, bu dəqiqələrdə nəhəng yük gəmiləri Aralıq dənizi istiqamətindən Timsah gölünə daxil olurlar.

Gəmilər arasında vaxt intervalı təxminən on dəqiqədir. Bir qədər əvvəl 37 gəminin artıq Süveyş kanalını keçdiyi bildirilib. Səhər saatlarında kanala şimaldan və cənubdan azı 66 gəmi daxil olub.

Kanal yük gəmilərindən ibarət tıxacın aradan qaldırılması üçün sutkalıq iş rejiminə keçib. Martın 29-u axşam saatlarında tıxacda 422 gəminin toplandığı bildirilirdi. Süveyş kanalı administrasiyasının rəhbəri Üsamə Rabiə tıxacın aradan qaldırılmasına üç sutkadan çox vaxt lazım olduğunu deyib.

Qeyd edək ki, ötən həftə Çindən Rotterdama üzən və uzunluğu 400 metr, yükgötürmə qabiliyyəti isə 224 min ton olan “Ever Given” konteyner gəmisi Süveyş kanalının 151-ci kilometrində saya oturmuş və kanalın yolunu bağlamışdı.

Nəticədə yaranan nəqliyyat böhranı yük gəmilərinin altı gün növbədə dayanmasına səbəb olmuşdu. Martın 29-da gəmi saydan çıxarılmış və kanalın nəqliyyat əlaqəsi bərpa edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO