Amerikalılar Qəzzanı TƏRK EDİRLƏR  

Amerikalılar Qəzzanı TƏRK EDİRLƏR  

Hazırda oxunan: Amerikalılar Qəzzanı TƏRK EDİRLƏR  

162835

Yüz ABŞ vətəndaşı ailə üzvləri ilə birgə bu gün Qəzza zolağını tərk edib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlərə açıqlamasında məlumat yayıb.  

O əlavə edib ki, daha bir qrup amerikalının Qəzzanı tərk edəcəyi gözlənilir. 

Ağ Ev sözçüsü qeyd edib ki, hazırda Qəzza zolağından əcnəbi vətəndaşların çıxarılması məsələsi ilə bağlı intensiv danışıqlar aparılır və vəziyyət stabil olaraq qalır.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.

Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO