Alman Akademik Mübadilə Xidməti və AMEA gənc tədqiqatçılar üçün təlim keçirəcək

Alman Akademik Mübadilə Xidməti və AMEA gənc tədqiqatçılar üçün təlim keçirəcək

Hazırda oxunan: Alman Akademik Mübadilə Xidməti və AMEA gənc tədqiqatçılar üçün təlim keçirəcək

162831

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə sosial və humanitar elm sahələri üzrə gənc tədqiqatçılar üçün layihə təkliflərinin hazırlanmasına həsr edilmiş təlimin təşkili nəzərdə tutulur.

AMEA-dan Bizim.Media-ya bildirilib ki, təlim noyabrın 15-də Almaniyanın Münhen Lüdviq-Maksimilian Universitetinin alimi tərəfindən keçiriləcək. 

Təlimdə magistrantlar, yeni magistr məzunları və doktorantlar iştirak edə bilər. İştirak üçün cari akademik status və ÜOMG göstərilməklə tərcümeyi-hal (CV, maksimum 2 səhifə) və tədqiqat mövzusunun qısa təsvirini (maksimum 1 səhifə) təqdim etmək lazımdır.
İştirak etmək istəyənlər noyabrın 9-dək qədər tələb edilən sənədləri [email protected] ünvanına göndərməlidir. Seçilən 25 namizədə noyabrın 11-də məlumat göndəriləcək. Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinə (+994 12) 492 66 51; [email protected]) müraciət edilə bilər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO