Hizbullah liderindən ABŞ-a SƏRT MESAJ: “Müharibə başlasa…” 

Hizbullah liderindən ABŞ-a SƏRT MESAJ: “Müharibə başlasa…” 

Hazırda oxunan: Hizbullah liderindən ABŞ-a SƏRT MESAJ: “Müharibə başlasa…” 

162798

“Amerikalılara demək istəyirəm ki, bizə qarşı təhdidlər və regionda müqavimət heç bir fayda verməyəcək. Amerika təkcə Livana deyil, həm də İrana zərbə vurmaq istəyir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Livanın Hizbullah qruplaşmasının  lideri Həsən Nəsrullahın ABŞ-a müraciətində qeyd edilib.

O, rəhbəri olduğu qruplaşmanın qətiyyən ABŞ-dan qorxmadığını vurğulayıb:

“Aralıq dənizindəki gəmiləriniz bizi qorxutmayacaq. Gəmiləriniz bizi təhdid edir, biz də sizin gəmilərinizə hücumlar hazırlamışıq. Amerikalılar, Əfqanıstan və Livanı xatırlayın. Oradakı məğlubiyyəti xatırlayın”.

Nəsrullah qeyd edib ki, regional müharibəni istəməyənlər Qəzza zolağında müharibəni dayandırmalıdırlar:

“Müharibə başlasa, gəmiləriniz və təyyarələriniz yararsız olacaq. Regiondakı maraqlarınız isə ciddi şəkildə zədələnəcək”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO