Suriyanın Hələb şəhəri müxalifət qüvvələrindən tamamilə azad edilərək ordunun nəzarətinə keçib.xa0
Moderator.az-ın xəbərinə görə, bu barədə “RİA Novosti”x9d Suriya ordusu komandanlığının bəyanatına istinadən məlumat verir.
“Suriya ordusu komandanlığı Hələb şəhərində sülhün və təhlükəsizliyin bərpa olunduğunu elan edir”x9d, - deyə bəyanatda qeyd edilib.
Qeyd edək ki, bu gün müxalifət qüvvələrinin nümayəndələrini daşıyan sonuncu avtobus karvanı şərqi Hələbi tərk edib.xa0































































































