Ukraynada neft emalı zavodu kamikadze dronları ilə partladıldı

Ukraynada neft emalı zavodu kamikadze dronları ilə partladıldı

Hazırda oxunan: Ukraynada neft emalı zavodu kamikadze dronları ilə partladıldı

162428

Noyabrın 1-nə keçən gecə Poltava vilayətinin Kremençuk şəhərində yerləşən neft emalı zavodu kamikadze dronları vasitəsilə vurulub.

Bizim.Media xəbər verir ki, bu informasiyanı Poltava vilayət administrasiyasının qubernatoru Filip Pronin yayıb.

Onun sözlərinə görə, bölgədə hava hücumu xəbərdarlığı dörd saatdan çox davam edib. Rusiya əraziyə pilotsuz təyyarələrlə hücum edib.

“Təəssüf ki, Kremençukdakı neft emalı zavodunda yanğın baş verib. İlkin məlumata görə, tələfat olmayıb. Dağıntı ilə bağlı məlumat dəqiqləşdirilir. Müəssisə fəaliyyət göstərmir”, - deyə qubernator bildirib.

Pronin əlavə edib ki, pilotsuz uçuş aparatlarından bəziləri hərbi hava qüvvələri tərəfindən yerə endirilib.

Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə, noyabrın 1-ə keçən gecə ölkə ərazisində 20 kamikadze drondan 18-i zərərsizləşdirilib. Həmçinin X-59 aviaraketi məhv edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO