Ərdoğan: “Qəzzada baş verənləri dayandırmağın yeganə yolu atəşkəs elanıdır”

Ərdoğan: “Qəzzada baş verənləri dayandırmağın yeganə yolu atəşkəs elanıdır”

Hazırda oxunan: Ərdoğan: “Qəzzada baş verənləri dayandırmağın yeganə yolu atəşkəs elanıdır”

162352

“Davam edən bu qarşıdurmanın (Qəzzada baş verən münaqişəni nəzərdə tutur - red.) qarşısının alınması bizim əsas vəzifəmizdir. Bunun üçün əvvəlcə atəşkəs elan edilməli, sonra daimi sülhə yolun açılması zəruridir. Bütün əlaqədar tərəflərin iştirakı ilə təşkil ediləcək Fələstin-İsrail Beynəlxalq Sülh Konfransının bunun üçün ən uyğun platforma olacağına inanırıq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyətin ikinci əsrinin ilk hökumət toplantısından sonra xalqa müraciətində deyib. 

Ərdoğan bildirib ki,O, Türkiyə adından region ölkələri ilə əməkdaşlıq çərçivəsində yeni təhlükəsizlik mexanizminin yaradılmasını zəruri hesab etdiklərini, bu addım atılacağı təqdirdə məsuliyyəti öz üzərilərinə götürməyə hazır olduqlarını bildirib. 
Türkiyə Prezidenti indiyədək ölkəsindən Fələstinə 213 ton humanitar yardım göndərildiyini, Misirin Rəfah keçid məntəqəsi açıq olduğu təqdirdə, bu yardımların davam edəcəyini deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO