Mahaçqaladakı iğtişaşlarda 60 nəfər saxlanıldı

Mahaçqaladakı iğtişaşlarda 60 nəfər saxlanıldı

Hazırda oxunan: Mahaçqaladakı iğtişaşlarda 60 nəfər saxlanıldı

162080

Mahaçqala hava limanında baş verən iğtişaşların 150-dən çox fəal iştirakçısı müəyyən edilib, onlardan 60-ı saxlanılıb.

Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsi məlumat yayıb.

“Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının digər hüquq-mühafizə orqanları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində qanun pozuntularının qarşısı alınıb. Hazırda hava limanı tamamilə hüquq-mühafizə orqanlarının nəzarətindədir”, - məlumatda qeyd edilib.
Daha əvvəl Dağıstanın Səhiyyə Nazirliyi gecə saatlarında 20-dən çox insanın yaralandığı barədə məlumat yayıb, onların arasında təhlükəsizlik qüvvələri və mülki şəxslər də var.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO