Ərdoğan: “Heç bir güc Türkiyənin xoşbəxt olmasına mane ola bilməz”

Ərdoğan: “Heç bir güc Türkiyənin xoşbəxt olmasına mane ola bilməz”

Hazırda oxunan: Ərdoğan: “Heç bir güc Türkiyənin xoşbəxt olmasına mane ola bilməz”

162049

“Heç bir imperialist güc Türkiyə Cümhuriyyətinin xoşbəxt, uğurlu və qalib olmasına mane ola bilməz”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ilə bağlı xalqa müraciətində danışıb.

Ölkə başçısı bildirib ki, Türkiyə hər zaman Qəzza xalqının yanında olacaq:

“Harada məzlum, qurban, göz yaşı tökən varsa, onun köməyinə gələn, əlindən tutub ayağa qaldıran, dərdinə şərik olan Türkiyədir. Biz bu münasibəti əvvəllər Koreyada, Kiprdə, İraqda, Suriyada, Liviyada, Yəməndə və nəhayət Qarabağda göstərmişik. Qazinin (Mustafa Kamal Atatürk - red. ) “heç kəs toxuna bilməz” dediyi Fələstin və Qəzza üçün də bu gün eyni mövqeyi nümayiş etdiririk. Dünən keçirdiyimiz “Böyük Fələstin” mitinqi də bunun bir parçası idi”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO