Putindən Ərdoğana TƏBRİK MƏKTUBU

Putindən Ərdoğana TƏBRİK MƏKTUBU

Hazırda oxunan: Putindən Ərdoğana TƏBRİK MƏKTUBU

161986

Rusiya-Türkiyə münasibətləri dostluq və mehriban qonşuluq ruhunda inkişaf edir.

Bizim.Media xəbər verir ki, bu fikir Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda yer alıb.

Putin Türkiyə Cümhuriyyətinin son bir əsir ərzində iqtisadi, sosial və digər sahələrdə böyük nailiyyətlər qazandığını, dünyada yüksək nüfuza malik olduğunu qeyd edib.
Məktubda Moskva və Ankaranın regional və qlobal gündəlikdə duran məsələlərin həllinə yönəlmiş səyləri uğurla əlaqələndirdiyi vurğulanıb.

Kremlin sahibi Rusiya və Türkiyənin bundan sonra da ikitərəfli əlaqələri davamlı şəkildə inkişaf etdirəcəyinə əminliyini ifadə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO