ABŞ-ın Suriyadakı bazalarına yenə hücum oldu

ABŞ-ın Suriyadakı bazalarına yenə hücum oldu

Hazırda oxunan: ABŞ-ın Suriyadakı bazalarına yenə hücum oldu

161982

ABŞ-ın Suriyanın şimal-şərqində Haseke vilayətində yerləşən hərbi bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Bizim.Media “Al Mayadeen” telekanalına istinadən xəbər verir ki, Əl-Cebsa neft yatağı yaxınlığında yerləşən hərbi bazaya hücuma görə məsuliyyəti İraq İslam Müqaviməti Hərəkatı öz üzərinə götürüb.

Bundan əvvəl ABŞ-ın Suriyanın şimalında Əl-Omar neft yatağı yaxınlığında yerləşən iki hərbi bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Xatırladaq ki, ötən gün Pentaqon Suriyadakı ABŞ bazalarına hücuma cavab olaraq iki “F-16” təyyarəsi ilə İranın Suriyadakı bazalarına zərbə endirildiyini açıqlamışdı.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO