Jirinovskidən insanları qıcıqlandıran açıqlama: Maska həmişə taxılmalıdır

Jirinovskidən insanları qıcıqlandıran açıqlama: Maska həmişə taxılmalıdır

Hazırda oxunan: Jirinovskidən insanları qıcıqlandıran açıqlama: Maska həmişə taxılmalıdır

16167

Rusiya Liberal Demokratik Partiyasının (LDP) lideri Vladimir Jirinovski Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin 70 faizinin maska rejiminə riayət etməməsindən qəzəblənib. MSK rəhbəri Ella Pamfilova Jirinovskinin sözünə cavab olaraq, MSK üzvlərinin aşılandığını bəyan edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

MSK-nın yeni tərkibdəki ilk iclasında siyasətçi deyib ki, maska yalnız pandemiya zamanı deyil, həmişə taxılmalıdır.

"MSK-nın beş üzvünün maska rejiminə riayət etməsi çox xoşdur. Bu, 30% təşkil edir. Ancaq onlar bütün ölkə üçün məsuliyyət daşıyırlar". Jirinovski belə deyib.

O, qeyd edib ki, ölkə maska rejiminə riayət etsə, daha sürətli sağalma olacaq.

Jirinovskinin özü iclasda maska taxıb, ancaq kürsüyə çıxanda digər natiqlər kimi maskasını çıxarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO