Ərdoğan Roma Papası ilə nəyi müzakirə etdi? - DETALLAR

Ərdoğan Roma Papası ilə nəyi müzakirə etdi? - DETALLAR

Hazırda oxunan: Ərdoğan Roma Papası ilə nəyi müzakirə etdi? - DETALLAR

161620

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı İsrail ilə Fələstin arasında davam edən münaqişə və bölgədəki gərginlik müzakirə edilib.
Türkiyə prezidenti qarşıdurmaların baş verdiyi bölgədə dini abidələrə də ciddi zərər dəydiyini diqqətə çatdırıb.

Xatırladaq ki, İsrail-Fələstin qarşıdurmasının sülh yolu ilə həlli istiqamətində Prezident Ərdoğan başda olmaqla, Türkiyə dövləti davamlı səylər göstərir. Bu məqsədlə mütəmadi olaraq bir sıra dövlət və hökumət başçıları ilə görüşlər keçirilir, eləcə də telefon danışıqları aparılır.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO