Türkiyədə prokuror “Lotu Quli”ni öldürən şəxslərə ömürlük cəza istədi

Türkiyədə prokuror “Lotu Quli”ni öldürən şəxslərə ömürlük cəza istədi

Hazırda oxunan: Türkiyədə prokuror “Lotu Quli”ni öldürən şəxslərə ömürlük cəza istədi

161344

Türkiyədə qətlə yetirilən azərbaycanlı kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətli ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. 

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Manavqat 2-ci Ağır Cəza Məhkəməsində prokuror ittiham nitqi ilə çıxış edib.  

O, təqsirləndirilən Xaqan Zeynalovun, Əmir Həmidlinin, Əli Mövlanlının, Rəsul Həsənovun ömürlük azadlıqdan məhrum edilmələrini tələb edib. 

Həmçinin prokuror çıxışında bu işlə əlaqəsinin istintaq dövründə sübuta yetməsi səbəbindən Namiq Canıyev (mərhum Rövşən Lənkəranskinin qardaşı), Cəfər Əlizadə, Xanımnisə Məmmədova, hazırda Bakıda həbsdə olan Camal Həsənovun cinayət işinin ayrıcı icraata götürülməsini istəyib və onların beynəlxalq axtarışa verildiyini qeyd edib. 
Prosesdə təqsirləndirilən şəxslərin vəkillərinə müdafiə nitqinə hazırlamaq üçün vaxt verilib. 

Qeyd edək ki, “Lotu Quli” ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada hoteldə güllələnərək qətlə yetirilib.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO