İndoneziyada “İƏT Modeli Simulyasiyası-2023” tədbiri keçirilib – FOTO  

İndoneziyada “İƏT Modeli Simulyasiyası-2023” tədbiri keçirilib – FOTO  

Hazırda oxunan: İndoneziyada “İƏT Modeli Simulyasiyası-2023” tədbiri keçirilib – FOTO  

161296

24 oktyabr 2023. İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), İndoneziya Milli Gənclər Şurası, İndoneziya İƏT Gənclər Təşkilatı, Santri Diplomatiya Akademiyası və bu ölkədən olan digər qurumların təşkilatçılığı ilə Baqor şəhərində (İndoneziya) iki gün ərzində bu ölkənin ən mühüm gənclər günü olan Milli Santri Günü çərçivəsində “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli Simulyasiyası” tədbiri keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirin açılış mərasimində müqəddəs Qurandan ayə oxunduqdan sonra, İndoneziya Xarici İşlər Nazirliyi Xalq Diplomatityası Depatamentinin müdiri Ani Nigeriavati, İƏGF-nin vitse-prezidenti Tan Tan Taufik Lubis, onlayn formatda İƏGF Avrasiya Regional Mərkəzinin direktor vəzifələrini icra edən Vüsal Qurbanov, Santri  Diplomatiya Akademiyasının direktoru Sururo Usman, İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita, Lido İslam Mərkəzinin rəhbəri Kyai Yazid Dimyati, Xalq Məşvərət Assambleyasının sədr müavinləri Arsul Sani və Caziul Fəvaid, Fələstinin İndoneziyadakı səfiri Zuhair Əl-Şun, Sudanın səfiri Yassir Muhəmməd Əli və İndoneziyanın İnsan İnkişafı və Mədəniyyət nazirliyinin nümayəndəsi Vara Şihastuti Sulistyaninqrum təbrik nitqləri ilə çıxış edərək, qloballaşan və təhdidlərin artdığı dünyada müsəlman həmrəyliyinin vacibliyindən, İƏT-in müsəlman dünyasında oynadığı roldan, eləcə də son zamanlar cənubi-şərqi Asiyada yerləşən müsəlman gənclər təşkilatları arasında bu proqrama olan marağın sürətlə artmasından bəhs ediblər. 


V.Qurbanov öz çıxışında “Çətin vaxtlarda, xüsusilə, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə zamanı İndoneziyadan olan dostlarımızın bizim yanımızda olmasını qeyd etmək istərdim.

Bu gün Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq ərazi bütövlüyünü uğurla tam şəkildə bərpa edib və ümid edirik ki, analoji münaqişələrlə üzləşən digər xalqlar da sülh yolu ilə oxşar nəticələrə nail ola bilərlər.” -  bildirib. V.Qurbanov eləcə də son zamanlar Fələstinlə bağlı İndoneziyada keçirilən həmrəylik aksiyalarında fəal iştiraka görə bu ölkənin gənclərinə öz təşəkkürünü bildirib. 

Tədbirin birinci günündə İndoneziyadan olan ekspertlərin moderatorluğu ilə “Sülh şəraitində birgəyaşayışa dəstək” və “Mənəvi ekologiya vasitəsilə qlobal dayanıqlılığa töhfə” mövzuları üzrə panel müzakirələri keçirilib. 


100-dən çox gənc nümayəndənin iştirak etdiyi tədbirin ikinci günü isə “Regional məsələlər və həmrəylik üzrə İƏT xarici işlər nazirlərinin prioritet gündəliyi” mövzusunda İƏT xarici işlər nazirlərinin iclasının simulyasiyası keçirilib.  

Qeyd etmək lazımdır ki, İndoneziyada indiyə qədər “İƏT modeli” proqramı çərçivəsində keçirilən tədbirlərdə 2000-ə yaxın gənc iştirak edib. 

“İƏT Modeli” proqramı ilk dəfə 2011-ci ildə İƏGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda həyata keçirilib. Həmin dövrdən etibarən bu proqram Azərbaycan təcrübəsinə əsasən, hər il 40-dan artıq İƏT üzv ölkəsində həm milli, həm də beynəlxalq səviyyədə uğurla həyata keçirilir. Proqramın əsas məqsədi İƏT ölkələrində fəaliyyət göstərən gənclərin liderlik qabiliyyətlərinə, kommunikativ və beynəlxalq arenada təmsilçilik bacarıqlarına töhfə verməkdir. 














Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO