Antalyada turizm mövsümünü rusiyalı turistlər açacaq - FOTOLAR

Antalyada turizm mövsümünü rusiyalı turistlər açacaq - FOTOLAR

Hazırda oxunan: Antalyada turizm mövsümünü rusiyalı turistlər açacaq - FOTOLAR

16111

Türkiyənin Antalya vilayətində turizm mövsümünün aprel ayında rusiyalı turistlərin gəlişi ilə başlaması gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Anadolu agentliyi Türkiyənin Peşəkar Otelcilər Birliyinin (POYD) rəhbəri Ulkay Atmaca istinadən yayıb.

Türkiyənin turizm paytaxtı Antalyada yeni turizm mövsümünün açılışı üçün hazırlıqlar tamamlanıb.

Koronavirus pandemiyası fonunda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə başladılan Təhlükəsiz Turizm sertifikatlaşdırma proqramı çərçivəsində Antalyada tətil edənlərə təhlükəsiz və sağlam tətil təqdim ediləcək.

Pandemiyaya baxmayaraq, keçən il 3.512.910 turist Antalya vilayətini ziyarət edib. Bu il daha çox turistin bölgəyə səyahət etməsi gözlənilir.

2020-ci ildə 1.509.648 rusiyalı turist Türkiyənin turizm paytaxtında istirahət edib. Rusiyadan gələn turistlərin də yeni mövsümü açacağı deyilir.

“Yeni mövsümün açılışı üçün bütün hazırlıqlar başa çatıb. Aprel ayı üçün aviabilet sifarişinə dair məlumatlara görə, rus turistlər mövsümü açacaqlar”, deyə Atmaca qeyd edib.

Onun sözlərinə görə, Rusiya Türkiyə üçün turizm baxımından əhəmiyyətli bir bazardır və ruslar da öz növbəsində tətilini Türkiyədə keçirməyi çox sevirlər.

Bu arada Anadolu Mədəniyyət və Turizmin Davamlı İnkişafı Fondunun rəhbəri, “Hər şey daxil” sisteminin yaradıcısı kimi də tanınan Cem Kunay Antalyanın ruslar üçün çox əhəmiyyətli bir turizm bölgəsi olduğunu vurğulayıb.

“Rusların əksəriyyəti Antalyaya üstünlük verir, burada dincəlməyi sevirlər. Bundan əlavə, ruslar “Hər şey daxil” sistemini bəyəniblər. Türkiyə bu sistemi tətbiq edən dünyanın ən yaxşı ölkəsidir.

Türkiyənin üstünlüyü ondadır ki, turizm mövsümü Təhlükəsiz Turizm Sertifikatlaşdırma proqramı ilə başlayır. Bu təşəbbüs keçən il uğur qazandı. Bu il turistlərə təhlükəsiz və sağlam istirahət imkanları da təklif ediləcək”. Kunay fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO