6 dövlət liderindən İsrailə DƏSTƏK

6 dövlət liderindən İsrailə DƏSTƏK

Hazırda oxunan: 6 dövlət liderindən İsrailə DƏSTƏK

161070

ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada və Fransanın dövlət və hökumət başçıları İsrailə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden, Qərblə müttəfiq ölkələrin liderləri ilə birlikdə İsraili dəstəklədiklərini və özünü müdafiə etmək hüququnu təsdiqləyərək beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıblar. 

Onlar, həmçinin mülki əhalinin müdafiəsi də daxil olmaqla, beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıblar. 

Liderlər Qəzza zolağına ilk humanitar yardım karvanının daxil olmasını da alqışlayıblar. Onlar Qəzza sakinlərinin qidaya, suya, sabit, təhlükəsiz tibbi yardım və digər humanitar ehtiyaclara çıxışını təmin etmək üçün bölgədəki tərəfdaşlarla koordinasiya etməyə söz veriblər. 

Liderlər, həmçinin bölgədəki vətəndaşlarına, xüsusən də Qəzza zolağından çıxmaq istəyənlərə dəstəyi koordinasiya etmək barədə razılığa gəliblər.

Münaqişənin genişlənməsinin qarşısını almaq, Yaxın Şərqdə sabitliyi qorumaq, siyasi həll və davamlı sülhə nail olmaq üçün regiondakı əsas tərəfdaşlar da daxil olmaqla sıx diplomatik əməkdaşlıq barədə də razılıq əldə olunub. 
Qeyd edək ki, oktyabrın 23-də gecə saatlarında ABŞ Prezidenti Cozef Bayden, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Almaniya kansleri Olaf Şolts, Kanadanın Baş naziri Castin Tüdor, İtaliyanın Baş naziri Corciya Meloni, Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO